

Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin hazırlanmasında ilk dəfə süni intellektdən istifadə olunur
Türkdilli ölkələrdə ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, AMEA Prezidenti akademik İsa Həbibbəyli institutlararası əməkdaşlıq təşəbbüsünü müsbət dəyərləndirib:
“Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan İdarəetmə Sistemləri İnstitutunun iki əməkdaşı ilə birgə Dilçilik İnstitutu tərkibində qrup yaratmışıq. Bu qrup hazırda süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətli iş aparır. Hesab edirik ki, bu sürətlə davam etsək, Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti bu ilin sonuna qədər nəşr olunacaq”.
Baş direktor bildirib ki, lüğətin hazırlanmasında süni intellektin dəstəyi türkdilli respublikalarda ilk dəfə Azərbaycanda tətbiq olunur:
“Bu, əvvəl-axır olmalı idi. Dünya dəyişir, Avropada bu təcrübə çoxdan var. Lakin burada çox həssas bir məqam diqqət çəkək: süni intellektin tapıb göstərdiyi hər bir təsadüfi söz lüğətə daxil ediləcəkmi? Əlbəttə ki, xeyr. Yaradılan qrup həmin sözün dildə işlək olub-olmaması ilə bağlı təftiş aparır. Əgər uyğundursa, söz işləkdirsə, qalır, deyilsə, çıxarılır”.
Nadir Məmmədli hazırda 180 minlik söz bazasının yaradıldığını qeyd edib:
“Lakin bu hələ yekun deyil. Sözlərin işlənmə tezliyinə görə saf-çürük edilməsi prosesi davam edir”.
Professor süni intellekt təcrübəsinin Azərbaycan Dilinin İzahlı Lüğəti üçün də tətbiq edilə biləcəyini istisna etməyib:
“Şübhəsiz, bu təcrübə gələcəkdə daha geniş istifadə ediləcək. Hesab edirəm ki, builki nəşrləri uğurla bitirdikdən sonra növbəti ildə artıq Azərbaycan Dilinin İzahlı Lüğətinin də nəşrinə başlanılacaq. 180 minlik söz bazası olan xalqın dilinin 4 cildlik izahlı lüğətinin olması gülüncdür. Proses çevik şəkildə aparılmalıdır və aparılacaq”.
Oxşar xəbərlər
20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər
AMB: Emissiya prospektlərinin hazırlanmasında süni intellektin tətbiqi araşdırılır
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək
Tahir Mirkişili: "Azərbaycanda qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır"
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
