Dilçilik İnstitutunun direktoru: Nizami Cəfərovun təklif etdiyi sözlər yeni Orfoqrafiya lüğətinə salınmayacaq
Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.
Bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.
Nadir Məmmədlinin sözlərinə görə, akademik Nizami Cəfərovun təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınması nəzərdə tutulmayıb: “Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür”.
Qeyd edək ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "Vopşe", "tak çto", "znaçit" kimi sözləri lüğətimizə daxil etməliyik.
Oxşar xəbərlər
Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək
Azərbaycan Dilinin Orfoqrafiya Lüğətinin hazırlanmasında ilk dəfə süni intellektdən istifadə olunur
Nizami Cəfərov: Bu gün hansısa müasir Azərbaycan şairini hamı başa düşürsə, deməli, o, şair deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
