Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti nəşr ediləcək


Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşrə hazırlanır

2025-2026-cı illərdə yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşr ediləcək.

Bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Rasim Heydərov APA-ya müsahibəsində deyib.

Tezlik sistemi ilə yenilənmiş lüğət tərtib ediləcək

Alim qeyd edib ki, 2025-2026-cı illərdə Dilçilik İnstitutunda yeni hazırlanacaq Orfoqrafiya və Orfoepiya lüğətləri tezlik sistemi ilə işlənilir:

"Yəni, mətbuatda, kitablarda və mediada ən çox işlənmiş sözlər seçilib analiz ediləcək. Tezliyi daha yüksək olan sözlər lüğətlərə daxil ediləcək. Yeni lüğətlər hazırkı lüğətlərdən daha zəngin və dəqiq olacaq.

Beş yüz milyondan artıq söz bazası yığılıb

Məndə olan məlumata əsasən, yeni lüğət üçün beş yüz milyondan artıq söz bazası yığılıb. Bu sözlər təkrar işlənəcək, ələnib seçiləcək".

Son 20-30 illik media və mətbuat materialları araşdırılıb

O qeyd edib ki, media və mətbuatdan son 20-30 illik materiallar götürülüb, bu materiallardan ən çox işlədilmiş, yəni tezliyi yüksək olan sözlər seçilib:

"Daxil edilən sözlərin hər birinin götürüldüyü mənbələr də lüğətlərdə öz əksini tapacaq.

Transliterasiya lüğətləri üzərində işlər davam edir

Eyni zamanda, Dilçilik İnstitutunda ingilis, ərəb, fars və bir çox dillər üçün yeni transliterasiya lüğətlərimiz hazırlanır. Bu, bir qədər uzun sürən prosesdir, amma artıq işlər başlanılıb, sistem qurulur".

Oxşar xəbərlər

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər
Alim: “Kondisioner” sözünü rahatlıqla istifadə edirik, amma “rozetka” hamını narahat edir - MÜSAHİBƏ
Gələn il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək
Azərbaycanda vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək
Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər