Azərbaycan Prezidenti: Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür
"Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amillərindən biridir".
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.
“Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri də bu baxımdan çox mühüm əhəmiyyət daşıyırdı. Həmin səfər çərçivəsində enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. O vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Ümumilikdə, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensial mövcuddur.
Bu gün hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amillərindən biridir. Azərbaycan neft və qazının nəqli üçün infrastrukturun yaradılmasına siyasi səylər, diplomatik fəaliyyət və maliyyə investisiyaları baxımından böyük töhfələr verib. Cənub Qaz Dəhlizi birgə fəaliyyətimizin parlaq nümunəsidir. Uzunluğu 3 500 kilometr olan inteqrasiya edilmiş boru kəmərləri sistemi bu gün Azərbaycanın təbii qazının Avropaya nəql edilməsində əsas magistral rolunu oynayır”, - Prezident İlham Əliyev qeyd edib.
Oxşar xəbərlər
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
Prezident İlham Əliyev Ursula fon der Lyayenə təbrik ünvanlayıb
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
Türkiyə Prezidenti: Avropa İttifaqına üzvlük Ankaranın strateji hədəfidir
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
