Bakıya və Abşerona yağan leysanın səbəbi açıqlanıb
sizinxeber.az xəbər saytı

Bakıya və Abşerona yağan leysanın səbəbi açıqlanıb


Bakıda və Abşeron yarımadasında bu gün səhər saatlarından etibarən fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir:

"Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub".

Oxşar xəbərlər

Bakıda bu gün aylıq normanın 30% həcmində yağış yağıb - YENİLƏNİB-2
Bakının bəzi yerlərində leysan yağıb - YENİLƏNİB
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Bəzi ərazilərdə qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA
Axşam və gecə yarımadanın bəzi yerlərində leysan yağacaq, şimşək çaxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər