İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
apr
2025
16:00

İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır

10 apr, 2025
16:00
673

İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır

Ermənistan ərazisində fəaliyyət göstərən "Aqarat" mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov koalisiya tərəfindən keçirilən Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə brifinqdə deyib.

O qeyd edib ki, bu fəaliyyət  Araz çayının çirkləndirilməsinə ciddi təsir edir:

"13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Ekspo konvensiyasına açıq müraciət ediblər. Ancaq təəssüf ki, bununla bağlı heç bir nəticə yoxdur".

Bizimlə əlaqə saxlayın