UNEP-in icraçı direktoru Azərbaycanın iqlim sahəsindəki töhfələrini yüksək qiymətləndirib
sizinxeber.az xəbər saytı

UNEP-in icraçı direktoru Azərbaycanın iqlim sahəsindəki töhfələrini yüksək qiymətləndirib


Azərbaycan iqlim fəaliyyətində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson UNEP ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.

O, Azərbaycanın COP29-a ev sahibliyini xatırladaraq Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü liderlik nəticəsində mühüm öhdəliklər və nəticələr əldə olunduğunu bildirib:

"2024-cü ildə Bakıda keçirilən iqlim danışıqları dünyanın 2035-ci ilədək iqlim maliyyələşdirilməsi üçün 300 milyard dollar səfərbər edilməsi ilə bağlı razılığa gəlməsinə yol açdı. Eyni zamanda, ötən ay Bakı Ümumdünya Şəhərsalma Forumuna da evsahibliyi etdi. Tədbir dünya ölkələrində iqlim dayanıqlığının gücləndirilməsi zərurətini ön plana çıxardı".

İnger Anderson həmçinin vurğulayıb ki, dünyanın hər bir ölkəsi iqlim dəyişikliyinə məruz qalır:

"Bu bizi ümidsizliyə salmamalıdır. Biz öz tariximizi özümüz yazmalı, iqlim dəyişmələrini yavaşlatmalıyıq. Əgər indi tədbir görsək, 2050-ci ilədək milyonlarla ölümün, risklərin qarşısını ala bilərik".

Oxşar xəbərlər

UNEP rəhbəri: Bakıda COP29-da quracağımız gələcəyin təməli qoyulub
İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır
UNEP rəsmisi: "Paris sazişinin 6-cı maddəsi çox vacibdir və böyük potensiala malikdir"
Serbiya gələn il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
UNEP icraçı direktoru: Turizm də iqlim dəyişikliyinin qurbanıdır, hərəkətə keçməliyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər