Merts: Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdir
sizinxeber.az xəbər saytı

Merts: Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdir


Almaniyanın gələcək kansleri Fridrix Merts Ukraynanın hələ Rusiya ilə müharibə şəraitində olduğu müddətdə Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxır.

Sizinxeber.az xəbər verir ki, bu barədə o, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə danışıb.

"Ukrayna hazırda müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan bir ölkə nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilər. Bu, hazırkı məqamla bağlıdır", – deyə almaniyalı siyasətçi bildirib.

Merts onu da vurğulayıb ki, Ukraynaya verilmiş Aİ üzvlüyü və NATO perspektivi ilə bağlı vədlər qüvvədə qalır. Lakin bu məqsədə çatmaq üçün müharibənin əvvəlcə başa çatması vacibdir.

Oxşar xəbərlər

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir
Rütte: NATO-nun bir ilə istehsal etdiyi sursatı Rusiya cəmi üç aya istehsal edir
Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb
Le Monde: ABŞ Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər