Le Monde: ABŞ Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir
Amerika Birləşmiş Ştatları artıq Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Le Monde” mənbəyə istinadən yazır.
Nəşrin yazdığına görə, demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ-ın hazırkı lideri Co Bayden keçid dövründə Ukraynanın NATO-ya dəvət olunması məsələsində aktiv fəaliyyət göstərəcək. Bununla belə, ekspertlərin fikrincə, Respublikaçı Donald Tramp qalib gələrsə, vəziyyəti dəyişə bilər.
"Le Monde" məqaləsində qeyd edir ki, ABŞ-ın bu məsələ ilə bağlı qərarı Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan Almaniyanı belə razı sala bilər. Lakin, gözlənilir ki, Türkiyə və Macarıstan Ukraynanın tez bir zamanda alyansa daxil olmasına qarşı çıxacaq. Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, NATO-ya üzv ölkələr arasında bu məsələ ilə bağlı hələ də yekdil qərar yoxdur.
Oxşar xəbərlər
Slovakiya Ukraynanın NATO-ya daxil olmasına veto qoyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti: ABŞ Ukraynanın NATO-ya üzv olmasını istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ Harrisin qələbəsi halında Ukraynanı NATO-ya dəvət edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyarto: Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsi demək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stoltenberq: NATO-nun davamlı köməyi ilə Ukrayna qalib gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












