Regional İdarə: 2023-cü ildə sel nəticəsində yararsız hala düşmüş Mikayıl Müşfiq Muzeyinə gedən körpü bərpa edilib
"2023-cü ilin 29 avqust tarixində güclü sel nəticəsində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xızı rayon Mikayıl Müşfiq Muzeyi ilə Giləzi-Xızı yolunu birləşdirən Tıx çayı üzərindəki körpü, ərazidəki sanuzel və dəmir barmaqlıqlardan ibarət hasarın bir hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdü".
Bu barədə APA-nın sorğusuna Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin aprel-may aylarında həmin dəmir körpü qaldırıcı kran vasitəsilə sel zonasından götürülərək əvvəlki yerinə qoyulub.
"Bundan əlavə, sel nəticəsində muzeyin yerləşdiyi binanın ətrafına toplanmış daş-çınqıl yük maşınları vasitəsilə ərazidən daşınıb. Muzeyin həyətyanı sahəsindəki dəmir barmaqlıqlar bərpa edilməklə bərabər, sanitar qovşaq da yenidən tikilərək istifadəyə verilib", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir
Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 20% artıb - CƏDVƏL
Musiqi müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı sessiyası keçirilib
Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib
Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
