"IUC Group Turkey": Tənzimləmə xərcləri brokerlərin birləşməsini sürətləndirir
sizinxeber.az xəbər saytı

"IUC Group Turkey": Tənzimləmə xərcləri brokerlərin birləşməsini sürətləndirir


Tənzimləmə xərcləri brokerlərin birləşməsini sürətləndirir.

"Report" xəbər verir ki, bunu "IUC Group Turkey" şirkətinin baş icraçı direktoru (CEO) Menekşe Uçaroğlu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, tənzimləmə və komplayens xərcləri kifayət qədər yüksəkdir: "Bu baxımdan, birləşmələr həmin xərclərin öhdəsindən gəlmək üçün məntiqli addım sayıla bilər. Xüsusilə məlumatların qorunması, kibertəhlükəsizlik və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsindəki xərclər qlobal brokerlər üçün böyük əhəmiyyət daşıyır. Buna görə də miqyasın böyüməsi onlar üçün üstünlükdür. Bundan əlavə, brokerlərə investisiya yatıran özəl kapital fondları onları bir araya gətirir və broker şirkətlərini ardıcıl şəkildə satın almağa meyllidirlər. Biz bunu öz ölkəmizdə də müşahidə edirik".

Bununla belə, M.Uçaroğlunun sözlərinə görə, bunun əksini göstərən bir tendensiya da mövcuddur: "Həyatda, biznesdə müəyyən mənada sinusoidal dalğa müşahidə olunur: proseslər bəzən yüksəlir, bəzən isə enişə keçir. Hesab edirəm ki, böyük brokerlər mövcud olduqca, xüsusilə karyerada sürətlə irəliləmək istəyən və uzun illər gözləməyə hazır olmayan gənc mütəxəssislər şirkətlərdən ayrılaraq öz broker şirkətlərini yaradacaqlar. Xüsusilə yeni nəsilin nümayəndələri qərarvermə mövqeyinə gəlmək üçün uzun müddət gözləmək istəmirlər. Nəticədə böyük brokerlər istedadlı gənc mütəxəssisləri itirmək riski ilə üzləşirlər. Buna görə də bazar bir dövrdə konsolidasiyaya doğru gedirsə, digər mərhələdə yenidən parçalanma və yeni şirkətlərin yaranması prosesi baş verir. Mən hesab edirəm ki, bu dövri proses gələcəkdə də davam edəcək".

Oxşar xəbərlər

"Group-IB": Banklar kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etməlidir
Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur"
Rövşən Nəcəf: “Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq”
Saymon Stil: Bakıda yeni qlobal iqlim maliyyələşdirilməsi hədəfini qəbul etməklə irəliyə doğru böyük addım atdıq
AMB Lüksemburq və BƏƏ-nin sığorta brokerlərini reyestrinə daxil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər