Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir
Bu ilin sonuna ACWA Power şirkəti tərəfindən tikilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının turbinlərinin quraşdırılması və istismara verilməsi gözlənilir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.
O bildirib ki, layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 MVt olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək.
"Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır" - deyə Cavid Abdullayev qeyd edib.
Oxşar xəbərlər
"Xızı-Abşeron" KES-in tam istismara verilməsinin vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“ACWA Power” külək elektrik stansiyasında quraşdırılacaq turbinlərin pərlərini Azərbaycana gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“ACWA Power”in Azərbaycanda “Xızı-Abşeron” KES-in inşasına ayırdığı vəsait açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“ACWA Power” Azərbaycanda yeni şirkət yaradıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Menecer: “ACWA Power” 2025-ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KES-i tam istifadəyə verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












