Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə qeydiyyat davam edir
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı davam edir.
Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi üçün namizədlərin qeydiyyatı prosesinə 20 fevral 2025-ci il tarixindən başlanılıb.
Bildirilib ki, İctimai Şuranın üzvlüyünə namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində keçiriləcək və 19 mart 2025-ci il tarixində, saat 18:00-da yekunlaşacaq.
İctimai Şuranın üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
Namizədlərə dair tələblər:
İctimai Şuranın üzvlüyünə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
İctimai Şuranın üzvlüyünə Ədliyyə Nazirliyinin əməkdaşlarının namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı:
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
İctimai Şuranın üzvlüyünə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə)
Müraciət formasını Ədliyyə Nazirliyinin rəsmi saytına daxil olmaqla əldə etmək mümkündür.
Oxşar xəbərlər
Sabah DQİDK yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












