Köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO


Ağdərənin Həsənriz kəndinə ilk köç olub.

Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçürülüb. Ailələrə mənzillərin açarları təqdim olunub.

Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri iştirak ediblər.

Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata keçirilib.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünləi dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.

***

13.51

Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

***

11.13

Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Oxşar xəbərlər

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər