Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə çatıb.
APA xəbər verir ki, bu gün Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə ailələrə mənzillərin açarları təqdim edilib.
***
11.49
Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə 28 ailə (135 nəfər) köçürülür.
Şuşa şəhərinə köçürülən 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalı rayonunun Ballıca kəndinə - 20 ailə (102 nəfər) əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşan şəxslərdir.
Qeyd edək ki, indiyədək Şuşa şəhərinə 371 ailə (1396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
Oxşar xəbərlər
Növbəti köç karvanı Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB
Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb
Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
Ballıcaya köçən sakin: Yurda dönməyin sevincini sözlə ifadə etmək çətindir
Köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
