Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB


Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

***

11.13

Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Oxşar xəbərlər

Ağdərə rayonuna ilk köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlk köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər