Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 14 mart 2025-ci il tarixində Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək.
Bu barədə APA-ya nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatında deyilir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 mart tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 24-244-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar xəbərlər
Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
