Bölgələrdə intensiv qar yağışı müşahidə olunur, sürücülərə xəbərdarlıq edilib
sizinxeber.az xəbər saytı

Bölgələrdə intensiv qar yağışı müşahidə olunur, sürücülərə xəbərdarlıq edilib


Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında
intensiv qar yağışı müşahidə olunur.

Sizinxeber.az xəbər verir ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

"Yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir.

Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə tədbirlər görür.

Lakin sürücülərin də maksimum ehtiyatlı olması və aşağıdakı qaydalara ciddi riayət etməsi vacibdir:

Sürücülərə mühüm tövsiyələr:

-Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
-Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
-Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
-Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
-Zərurət olmadıqca sözügedən istiqamətlərdə hərəkət etməyin", - müraciətdə deyilir.

Oxşar xəbərlər

Bakı-Gürcüstan sərhədi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
DYP Ələt-Astara-İran yolunda hərəkətin məhdudlaşması ilə bağlı xəbərdarlıq edib
Bakı-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakı-Gürcüstan sərhədi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - YENİLƏNİB
Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya yollarında buzlaşma müşahidə edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər