Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya yollarında buzlaşma müşahidə edilir
sizinxeber.az xəbər saytı

Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya yollarında buzlaşma müşahidə edilir


Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir.

Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin gücləndirilmiş iş rejimində çalışdığını qeyd etməklə yanaşı, bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək onları təhlükəsizliklə bağlı verilən tövsiyələrə biganə yanaşmamağa, zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır.

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər