Deputat: Xaricdəki bəzi ixtisasların ölkəmizdə tanınmaması təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyir
“Xaricdə olan bir çox peşələrin diplomları ölkəmizdə tanınmır”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bu gün Azərbaycandan xaricdə - ABŞ-də, Avropada, Türkiyədə Perfiziologiya ixtisası üzrə təhsil almış insanlar var: "Onların diplomları ölkəmizdə tanınmır. Bəzən belə xüsusi sahələrə xüsusi yanaşmalar tətbiq olunmalıdır. Bir çox sahədə elə ixtisaslar var ki, ölkəmizdə tanınmır. Sürətli dəyişən dünyamızda xaricdə alınan diplomların tanınmaması problemi, təhsil, əmək bazarı və iqtisadiyyatın inkişafını əngəlləyən ciddi faktordur”.
Deputat rezidentura təhsili ilə bağlı problemlərə də toxunub: “Bu gün ölkəmizdə elm, təhsil və səhiyyə sahəsində ciddi islahatlar aparılır. Bu islahatların effektivliyini təmin etmək üçün daha çevik mexanizmlərə ehtiyac var. Tibb təhsili sahəsində bir çox anlaşmazlıqlar mövcuddur. Bunu aradan qaldırmaq üçün müzakirələrə ehtiyac var. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. “Ali təhsil haqqında” qanun layihəsinin qəbulundan əvvəl peşəkar insanlarla dinləmələrin keçirilməsi lazımdır”.
Oxşar xəbərlər
Deputat: Spesifik sahələr üzrə diplomların Azərbaycanda tanınması məsələsində xüsusi yanaşma olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: “Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat taksi çatışmazlığından şikayətlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












