Deputat: “Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur
sizinxeber.az xəbər saytı

Deputat: “Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur


“Ali təhsil haqqında” qanunun qəbulu vacibdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir: “Qanun layihəsində bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə Qanun qəbul ediləcək və bu, təhsilimizin inkişafına öz töhfəsini verəcək”.

Deputat qeyd edib ki, ötən ilin qürurlu hadisələrindən biri də işğaldan azad olunmuş ərazilərdə yeni məktəb və bağçaların yaradılmasıdır.

Ceyhun Məmmədov Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsini də təklif edib.

Oxşar xəbərlər

Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Universitetlərdə müəllimlərin maaşların və elmi dərəcələrə görə verilən vəsaitin artırılması təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 500 tələbə xaricdə təhsil ala biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər