Deputat: Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır
Sağlamlıqlarını itirən vətəndaşların təkrar müayinəsi ilə bağlı prosedur sadələşdirilməlidir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
“Əgər bir insan qolunu və ya ayağının birini itiribsə, onun təkrar müayinələrə cəlb olunmamasını təklif edirəm. Bu məsələ ilə bağlı bizə müraciətlər həddən çoxdur”, - deyə deputat bildirib.
Ceyhun Məmmədov məktəbə gedən uşaqların sayında azalmaya da diqqət çəkib: “Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Məktəbə gedən uşaqların sayında təxminən 6000-ə yaxın azalma var. Bölgələrdə bu problem özünü daha qabarıq göstərir. Ailələrdə və məktəbə gedən uşaqların sayında ciddi azalma var. Bütün bunlar çoxuşaqlı və aztəminatlı ailələrə əlavə maddi dəstək mexanizmləri barədə düşünməyi zəruri edir”.
Oxşar xəbərlər
Universitetlərdə müəllimlərin maaşların və elmi dərəcələrə görə verilən vəsaitin artırılması təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada miqrant uşaqları rus dilindən məcburi imtahan verməli olacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə üzrə I siniflərə 132 261 uşaq qəbul olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəbəhazırlıq qruplarında tədris başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












