Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
sizinxeber.az xəbər saytı

Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub


Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib. Bununla bağlı təşkil olunan mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, ictimai xadimlər və Səfirlik kollektivi iştirak edib.

Səfir Rəşad Məmmədov, Ş.Ayrımın daha öncə də Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb.

Ş.Ayrım, Azərbaycan - Türkiyə münasibətlərinin bütün sahələrdə hərtərəfli inkişafının fəaliyyətinin əsas istiqaməti olduğunu ifadə edib və Prezident İlham Əliyevə ona göstərilən diqqətə görə təşəkkürlərini bildirib.

Mərasimdə Səfirlik tərəfindən hazırlanan, Ş.Ayrımla bağlı qısa film nümayiş etdirilib.

Oxşar xəbərlər

Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib
Şamil Ayrım: Bütöv Azərbaycanda parlament seçkilərinin keçirilməsi Türkiyə üçün çox əhəmiyyətlidir
Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub - YENİLƏNİB
Şamil Ayrım: Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər