DYP-nin Texniki Müayinə Mərkəzlərinin iş qrafiki dəyişib
sizinxeber.az xəbər saytı

DYP-nin Texniki Müayinə Mərkəzlərinin iş qrafiki dəyişib


DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtda yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edib.

APA xəbər verir ki, bu barədə idarədən bildirilib.

Məlumata görə, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Qeyd olunub ki, 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.

Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
DYP bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib
BDYP: Bayram günlərində Müayinə Mərkəzləri və texniki baxış şöbələri sürücülərin xidmətində olacaq
Texniki baxışa təqdim edilən avtomobildə narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər