DYP bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.
BDYPİ-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayramla əlaqədar əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə dəregional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəkdir.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.
Oxşar xəbərlər
DYP küləkli hava ilə əlaqədar müraciət edib
Texniki baxışa təqdim edilən avtomobildə narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
