Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
sizinxeber.az xəbər saytı

Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib


Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.

İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.

İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.

O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.

Əli İdrisovun sözlərinə görə, Xalça planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 35 nəfər həyatını itirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Oxşar xəbərlər

ABŞ rəsmisi: Rusiya Hava Hücumundan Müdafiə vasitələri Azərbaycan təyyarəsini vurmuş ola bilər
KİV: Böyük Britaniya münaqişə halında öz səmasını qoruya bilməyəcək
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər