Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı Çinin 5 və Rusiyaya aid 6 hərbi təyyarəsinin xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına (KADIZ) daxil olduğunu açıqlayıb.
Sizinxeber.az”Yonhap” agentliyinə istinadla xəbər verir ki, Çin və Rusiya təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub-çıxmaları yerli vaxtla saat 9:35 və 13:53 arasında baş verib.
Bildirilib ki, Çin və Rusiya hərbi təyyarələrinin Cənubi Koreya hava müdafiə zonasına daxil olması bu ölkənin təyyarələrini cavab olaraq göndərməsinə səbəb olub.
Cənubi Koreya rəsmisi təyyarələrin hava məkanını pozmadığını bildirib və uçuşun Çin və Rusiya arasında birgə hava təliminin bir hissəsi olduğunu qiymətləndirib.
Qeyd edək ki, Çin və Rusiya təyyarələri son illərdə tez-tez Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub.
Oxşar xəbərlər
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb
Rusiya hərbi təyyarəsi Yaponiyanın hava məkanını pozub
Azərbaycanlı kursantlar Cənubi Koreyanın hərbi təhsil sistemi ilə tanış olub
Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırılıb
ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













