KİV: Böyük Britaniya münaqişə halında öz səmasını qoruya bilməyəcək
Hava Hücumundan Müdafiə sisteminin olmaması Böyük Britaniyanı potensial düşmənin raket hücumlarına qarşı həssas edir.
APA xəbər verir ki, bu barədə “i” qəzeti Britaniya parlamentinin İcmalar Palatasının müdafiə komitəsinin keçmiş sədri Tobias Elvuda istinadən məlumat yayıb.
O, hipersəsli raket hücumu zamanı Britaniyanın hava hücumundan müdafiə sisteminin aşılacağını və Londonu kütləvi bombardman riski ilə üz-üzə qoyacağını bildirib.
Ellvud qeyd edib ki, Böyük Britaniya kritik infrastrukturu qorumaq üçün İsrailin Dəmir Qübbəsinə bənzər öz hava hücumundan müdafiə sisteminin yaradılmasına sərmayə qoymalıdır.
Onu müxalifətdə Mühafizəkarlar Partiyasından olan kölgə müdafiə naziri Ceyms Kartlic dəstəkləyib və o, Leyboristlər hökumətini hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının istehsalını sürətləndirməyə çağırıb.
Nəşr həmçinin xatırladıb ki, oktyabrın 1-də Kral Hərbi Hava Qüvvələri İrandan İsrail istiqamətində atılan qanadlı raketləri vura bilməyib.
Oxşar xəbərlər
Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO-nun müdafiəsində boşluqlar aşkar edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Krım körpüsünə atılan 12 raket məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













