Aktauda aviaqəzada həyatını itirən Zaqatala sakinlərinin nəşi ailələrinə təhvil verilib
Aktau şəhərində aviaqəza zamanı həyatını itirən Zaqatala rayon sakinlərinin nəşləri ailələrinə təhvil verilib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəza nəticəsində həyatını itirənlərdən Zaqatala rayon sakinləri - 1977-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Hacıibrahim Süleyman oğlu Carayev, 1981-ci il təvəllüdlü, Zaqatala rayonu Danaçı kənd sakini Xizri İsa oğlu Ceerov, 1966-cı il təvəllüdlü, Zaqatala rayonu Höytala kənd sakini Nərminə Salah qızı İdidova və 1996-cı il təvəllüdlü Zaqatala rayonu Moqov kənd sakini İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin nəşləri bu gün rayona gətirilərək ailələrinə təhvil verilib.
Hazırda aviaqəza zamanı həyatını itirənlərlə yaxınlarının vida mərasimi keçirilir. Vida mərasimindən sonra həyatını itirən şəxslər ayrı-ayrılıqda doğulduqları kəndlərin qəbiristanlığında dəfn olunacaqlar.
Qeyd edək ki, Aktauda baş verən aviaqəza zamanı təyyərənin göyərtəsindəki sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakinləri olub. Bunlardan 5 nəfəri hadisə yerində faciəli şəkildə həyatlarını itiriblər. Aviaqəza zamanı 5 nəfər Zaqatala rayonu Danaçı kənd sakinləri - 2008-ci il təvəllüdlü Səlihət Xizri qızı Ceerova, 1953-cü il təvəllüdlü Nurullah Abdulməcid oğlu Siracov, 1957-ci il təvəllüdlü Müslimət İmamşəfi qızı Siracova, 2007-ci il təvəllüdlü Nizami Füzuli oğlu Cəlilov və 1988-ci il təvəllüdlü Mahir Asadulah oğlu Carayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada yeni doğulan körpə ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala-Qax yolunda qəza olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












