Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib
sizinxeber.az xəbər saytı

Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib


AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlunun, Höytala kənd sakini, 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlunun nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5-i qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Oxşar xəbərlər

Aktauda aviaqəzada həyatını itirən Zaqatala sakinlərinin nəşi ailələrinə təhvil verilib
Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib
Təyyarə qəzasında öldüyü güman edilən Mahir Carayevin atası: Onun sağ qaldığını bu gün öyrəndik
Təyyarə qəzasında həlak olan 26 yaşlı Balakən sakini dəfn olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər