Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
sizinxeber.az xəbər saytı

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Sizinxeber.az xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur ki, bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır!"

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP sürücülərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər