Diaspor təşkilatının sədri: Təyyarə qəzasında xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərininki isə orta-ağır qiymətləndirilir
sizinxeber.az xəbər saytı

Diaspor təşkilatının sədri: Təyyarə qəzasında xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərininki isə orta-ağır qiymətləndirilir


Hazırda Aktau şəhərinin Mərkəzi Xəstəxanasında 27 nəfər müalicə olunur.

Bunu Sizinxeber.az-ya açıqlamasında Qazaxıstandakı “Dostluq” etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov deyib.

Onun sözlərinə görə, iki azyaşlı isə uşaq şöbəsinə yerləşdirilib.

“İnsanlar qanvermə aksiyasına qoşulmaq üçün xəstəxanaya axın edirlər. Verilən məlumata görə, xəsarət alanların bəzilərinin vəziyyəti çox ağır, bəzilərinin vəziyyəti də orta-ağır qiymətləndirilir”, - o bildirib.

Şəmsəddin Hüseynov həmçinin, qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti, Aktau şəhərindəki Baş konsolu da hazırda xəstəxanadadır.

Oxşar xəbərlər

Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Lənkəranda dəm qazından zəhərlənən 47 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər