Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Tovuzda yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 7 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli və 1-i azyaşlı olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bir qadın və azyaşlının vəziyyəti ağır qiymətləndirildiyi üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər 5 nəfərin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Məryəm Surxay
***
15.56
Tovuzda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Qovlar şəhər sakini 1966-cı il təvəllüdlü Məcid Bədirov, 2023-cü il təvəllüdlü Onur Bədirov, Tovuz şəhər sakini 1970-ci il təvəllüdlü Xanım Bədirova, Əyyublu kənd sakini 1994-cü il təvəllüdlü Gülnar Xəlilova,1992-ci il təvəllüdlü Şahmar Məmmədov,1963-cü il təvəllüdlü Səlfinaz Rüstəmova, Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Sevinc Nəbiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
***
14.49
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
"VAZ 2106 " ilə "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












