Xankəndidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Xankəndidə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Sizinxeber.az xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndidə Azərbaycan bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illik yubileyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb.
Çıxş edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və Azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.
Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı çıxışlarına dair videoçarx izlənilib.
Oxşar xəbərlər
32 ildən sonra Xocalıda ilk Bilik Günü keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Əmrullayev Xankəndidə ilk dərs günündə iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













