sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xocalıda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Xocalı rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocalı Şəhidlər xiyabanında təşkil olunan tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçiləri, müəllim, tələbə və şagirdlər iştirak edib.
Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Dövlət tərəfindən Vətən müharibəsində iştirak etmiş şəxslərin şücaətinin yüksək qiymətləndirildiyi, bütün şəhidlərin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.
Oxşar xəbərlər
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO
32 ildən sonra Xocalıda ilk Bilik Günü keçirilib - FOTO
Füzuli şəhərində Anım Günü tədbiri keçirilib - FOTO
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Emin Əmrullayev Xankəndidə ilk dərs günündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













