UNEC ilə Google Developer Groups tərəfdaş oldu
Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC İnnovativ Gənclər Təşkilatı “Google Developer Groups” (GDU) ilə tərəfdaş olub.
Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, əməkdaşlıq çərçivəsində UNEC tələbələri GDG Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək, eləcə də, texnoloji yeniliklər və trendlər barədə biliklərini artırmaq imkanı əldə edəcəklər.
"Həmçinin “Google”un proqramçılar və texnologiya həvəskarları üçün təşkil etdiyi qlobal şəbəkə ilə əməkdaşlıq tələbələrə mühüm beynəlxalq layihələrdə iştirak etmək, komanda işində təcrübə qazanmaq və innovativ həllər üzərində işləmək şansı verəcək, onlara qlobal texnologiya icmaları ilə tanış olmaq fürsəti yaradacaq", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
UNEC tələbələri Bloomberg Qlobal Ticarət Yarışında regionda 2-ci, dünyada 32-ci olublar
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













