Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib


Səudiyyə Ərəbistanının dövlət neft və qaz şirkəti olan “Saudi Aramco”, Fars körfəzi sahilindəki Ras Tanura limanında neft yükləməsini və Hörmüz boğazı vasitəsilə karbohidrogen ixracını bərpa edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə krallığın neft sənayesindəki mənbə məlumat verib.

"Səudiyyə Ərəbistanı Fars körfəzindəki terminalları və Hörmüz boğazı vasitəsilə xam neft ixracını bərpa edib. “Saudi Aramco”, Fars körfəzi sahilində yerləşən Ras Tanura limanında neft yükləmə əməliyyatları aparır", - mənbə bildirir.

Mənbənin sözlərinə görə, limanda əməliyyatların bərpasının dəqiq tarixi məlum deyil, lakin yükləmənin hazırda davam etdiyinə şübhə yoxdur.

Oxşar xəbərlər

"Saudi Aramco" Fars körfəzindəki ən böyük neft emalı zavodunun fəaliyyətini bərpa edib
"Saudi Aramco": Neftə tələbat sağlam templə artır
“Saudi Aramco”nun mənfəəti 10%-dən çox azalıb
"Saudi Aramco" Asiya alıcılarına xam neft tədarükünü azaldıb
Səudiyyə Ərəbistanı "Samref" NEZ-ə dəymiş ziyanı qiymətləndirir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər