UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclərin inkişafına və innovativ fəaliyyətinə dəstək vermək məqsədilə yeni tələbə təşkilatı yaradılıb.
Bu barədə Sizinxeber.az-ya Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, yeni yaradılmış UNEC İnnovativ Gənclər Təşkilatı tələbələrin innovasiya sahəsindəki fəaliyyətlərinin artırlmasına, onların elm, təhsil, texnologiya, dizayn, sahibkarlıq və digər sahələrdə ideyalarının həyata keçirilməsinə dəstək olacaq. Eyni zamanda gənclərin sosial fəaliyyətlərinin müzakirəsi, müxtəlif innovativ layihələrin hazırlanması ilə bağlı tədbirlər və təlimlər təşkil edəcək.
Təşkilat öz fəaliyyəti ilə UNEC-in gənclər siyasətinə, tələbələrin universitet həyatında daha fəal iştirakına və innovasiyalara yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verəcək.
İnnovativ Gənclər Təşkilatının sədri UNEC Dizayn Məktəbinin 4-cü kurs tələbəsi Samir İsmayılzadədir.
Təşkilata üzv olmaq üçün qeydiyyat linki:
https://qeydiyyat.innovativeyouth.org.az/
Oxşar xəbərlər
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
