Fransada vəzifəli şəxslərin narkotik testlərinin nəticələri açıqlanmayacaq
Fransa hökuməti nazirlər, kabinet üzvləri və yüksək vəzifəli dövlət qulluqçuları arasında aparılacaq narkotik testinin nəticələrini açıqlamağı planlaşdırmır.
"Report" xəbər verir ki, bu barədə AFP bir neçə müstəqil mənbəyə istinadən məlumat yayıb.
Eyni zamanda, test nəticələri müsbət çıxan məmurlar tutduqları vəzifələrdən azad ediləcəklər. Agentliyin məlumatına görə, belə bir tədbir artıq bir neçə ay əvvəl kənd təsərrüfatı məsləhətçisi və Maliyyə Nazirliyinin yüksək vəzifəli məmuruna qarşı tətbiq olunub.
Baş nazir Sebastyan Lekornunun ətrafı izah edib ki, kampaniyanın məqsədi fərdləri açıq şəkildə qınamaq deyil, milli təhlükəsizliyi təmin etməkdir.
Kampaniya ötən həftə başlayıb və Fransa hakimiyyətinin narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək üçün daha geniş strategiyasının bir hissəsidir.
Oxşar xəbərlər
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
Türkiyənin tanınmış aktyoru Onur Tunanın narkotik testinin nəticəsi müsbət çıxıb
Fransa sərt büdcə qənaətinə keçir
Türkiyədə 5 məşhur şəxsin narkotik testi müsbət çıxdı
Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
