UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək
Çinin Sichuan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən xəbərə görə, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov çinli nümayəndə heyətinə universitetin strateji hədəflərindən söz açıb. O, qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalq akkreditasiyası, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən danışıb.
Sichuan Universitetinin Prezident ofisinin direktor müavini prof. Du Xiao UNEC-də olmaqdan məmnunluğunu ifadə edərək, təmsil etdiyi universitet barədə məlumat verib. O, Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsinin qarşılıqlı təcrübə mübadiləsi və elmi əməkdaşlıq baxımından önəmli olduğunu vurğulayıb.
Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair razılıq əldə olunub. Müzakirələrdən sonra çinli qonaqlar UNEC-lə tanış olublar. UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev onlara universitetdəki rəqəmsal tədris prosesi və imtahanların təşkili, Bloomberg Maliyyə laboratoriyası, distant tədris və s. barədə məlumat verib. Çinli nümayəndə heyəti UNEC-in tədris prosesində tətbiq etdiyi rəqəmsallaşmanı yüksək qiymətləndiriblər.
Oxşar xəbərlər
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək
UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













