UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
sizinxeber.az xəbər saytı

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və QS Beynəlxalq Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.


Bu barədə Sizinxeber.az-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Rektor Ədalət Muradov görüşdə UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsas strateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə həyata keçirilən yeniliklərdən və əldə olunan uğurlardan söz açıb.

QS Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin universitetlərin mövqelərinin reytinqində yüksəlməsi istiqamətində diqqət edilməli olan məqamlar və əsas meyarlar barədə məlumat verib. Reytinqdə, əsasən, akademik nüfuzun, işəgötürənlərin reputasiyasının, beynəlxalq əməkdaşlığın, elmi fəaliyyətin və s. faktorların yer aldığını diqqətə çatdırıb.

Sonra QS reytinqinin əsas meyarları və metodologiyaları ilə bağlı müzakirələr aparılıb. Universitetlər haqqında məlumatların və hesabatların əlçatan olmasının vacibliyi vurğulanıb.

Müzakirələrdən sonra rektor Ədalət Muradov və baş vitse-prezident Ben Sovterin arasında UNEC-in Future17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) proqramına qoşulmasına dair müqavilə imzalanıb.

QS nümayəndə heyəti UNEC-in Bloomberq Maliyyə Laboratoriyası, imtahan və oxu zalları, Ekstern Mərkəzi ilə də tanış olub.
https://unec.edu.az/

Oxşar xəbərlər

UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər