UNEC tələbələri Bloomberg Qlobal Ticarət Yarışında regionda 2-ci, dünyada 32-ci olublar
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bloomberg Qlobal Ticarət Yarışında (Bloomberg Global Trade Challenge 2024) uğur qazanıblar.
Bu barədə Sizinxeber.az-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu il rekord sayda iştirakçının qatıldığı nüfuzlu beynəlxalq müsabiqədə 396 ali təhsil müəssisəsini təmsil edən 10.240 iştirakçı 2453 komandada qələbə uğrunda mübarizə aparıb. Ümumilikdə 46 ölkənin qatıldığı və 65.287 ticarət əməliyyatının həyata keçirildiyi qlobal müsabiqədə, Qafqaz regionundan yalnız Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yarışa qatılıb.
Beynəlxalq müsabiqədə UNEC 14 komanda ilə dünyanın aparıcı universtetlərinin komandaları ilə yarışıb. Yarışda tələbələr Bloomberg Terminalında virtual portfellərini idarə edərək, real maliyyə bazarlarında ticarət apararaq, maksimum gəlir əldə etməyə çalışıblar. 6 həftəlik yarışda UNEC komandası 2453 komanda arasından 32-ci yerə layiq görülüb və regionda ikinci olub!
UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının direktoru Səidə Xəlilin rəhbərlik etdiyi qalib komandada Maliyyə və mühasibat fakultəsinin tələbələri - Asiman İsazadə (kapitanı), Zəhra Məmmədzadə və Rəna Məmmədzadə təmsil olunublar.
Oxşar xəbərlər
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək
UNEC “Mükəmməl akademik performans” mükafatına layiq görülüb
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
-
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
-
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
-
BSM aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb
-
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
-
Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur