Yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində BƏT-lə gələcək əməkdaşlıq müzakirə edilib
- 20-11-2024, 15:00
- İqtisadiyyat / Sosial
- 0
- 852
COP29 tədbiri çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə təşkil olunan “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə doğru” adlı tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andreslə 5 saylı Bakı DOST Mərkəzində görüş olub.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Görüşdə BƏT-in Moskva Ofisinin direktoru Mixail Puşkin və BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev də iştirak ediblər. Qonaqlar əvvəlcə DOST mərkəzində göstərilən xidmətlərlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, sosial xidmətlərin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan verən DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurlarını diqqətə çatdırıb.
Qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib.
Keçirilən görüşdə ölkəmizin ev sahibliyi etdiyi COP29-un, habelə bu tədbir çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidin təmin olunması ilə bağlı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsini qeyd edən S.Babayev Azərbaycanın həmin Təşkilatın 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulduğunu vurğulayıb. Qeyd olunub ki, BƏT-lə birgə ötən dövrdə Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra olunaraq, növbəti Ölkə Proqramının layihəsi hazırlanıb.
Ötən ay İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT-in İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının da əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib. İqlim dəyişikliyi kontekstində, yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı olaraq da bu Təşkilatla əməkdaşlığa xüsusi önəm verildiyi bildirilib.
B.Andres Azərbaycanın əmək və məşğuluq sahələrində aparılan islahatlar prosesində BƏT-lə davamlı və səmərəli əməkdaşlığından məmnunluq ifadə edib. Görüşdə yaşıl iqtisadiyyata keçidlə əlaqədar yaşıl iş yerləri və bacarıqların inkişafı sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.


width="220" alt="Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />