Aqil Abbas işğaldan azad edilmiş ərazilərə köçənlərə torpaq verilməməsindən şikayətlənib
“Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir".
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələnin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir: “Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!
Camaat deyir ki, Füzulinin icra başçısı azad olunmuş ərazilərdəki torpaqları satır. Halbuki onu heç o torpağa buraxmırlar, nətər satır? Böyük tikinti quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək
Prezidentin xüsusi nümayəndəsi: Azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib
Cəbrayıl və Füzulidə yeni yaşıllıqlar salınacaq
Tailandda sel və torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb, 19 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













