Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpasına başlanılıb
Bu gündən 2024/2025-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.
Bu barədə Sizinxeber.az-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 31 oktyabr, saat 18:00-dır.
Məlumatda qeyd edilib ki, təhsil müəssisəsini və ya ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər:
"Bu qayda eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir. İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər".
Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
https://e-qanun.az/framework/55807
Oxşar xəbərlər
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
Sabahdan peşə məktəblərinə boş qalan yerlər üçün tələbə qəbulunun sonuncu mərhələsinə start verilir
Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
