

Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib
Peşə təhsili almaq üçün 1 həftədə 16000-dən çox şəxs müraciət edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, peşə təhsili müəssisələrinə maraq rekord səviyyəyə çatıb. Son bir həftə ərzində 16458 nəfərdən 52540 müraciət daxil olub.
Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır.
Oxşar xəbərlər
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib
Agentlik direktoru: Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə nəticələr bizi qane etmir
Agentlik: Peşə təhsili müəssisələrində tədris planında dəyişiklik edilib, dərslər ikinövbəli olacaq
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
