Sabahdan peşə məktəblərinə boş qalan yerlər üçün tələbə qəbulunun sonuncu mərhələsinə start verilir
sizinxeber.az xəbər saytı

Sabahdan peşə məktəblərinə boş qalan yerlər üçün tələbə qəbulunun sonuncu mərhələsinə start verilir


Sabahdan etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.

12 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 13 sentyabr saat 18:00-dək davam edəcək.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:

Şəxsi kabinetinə daxil olunur.
“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir.
“Müraciət et” bölməsinə daxil olunur.
Şəxsi məlumatlar daxil edilir.
Əvvəlki təhsil məlumatları daxil edilir
Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir.
Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.
Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 14 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

Oxşar xəbərlər

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Agentlik: Peşə təhsili almaq üçün 16 mindən çox şəxs müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər