sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib
Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçik miqyaslı uçqun hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib.
O bildirib ki, sürüşmə potensiallı sahələrin monitorinqi aparılır:
“Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır”.
Oxşar xəbərlər
Sürüşmə potensiallı sahələrin monitorinqi aparılır
Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun qeydə alınıb
Bakı-Şamaxı yolunda sürüşmə ehtimalı var
Xətai rayonunda sürüşmə olub, monitorinq aparılır
Agentlik: İntensiv yağıntılar sürüşmə sahələrini aktivləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













