Xankəndiyə səfər edən dünya çempionu: Qarabağda olmağa görə qürur duyuram
sizinxeber.az xəbər saytı

Xankəndiyə səfər edən dünya çempionu: Qarabağda olmağa görə qürur duyuram


"Mən dünya arenalarında dəfələrlə Azərbaycan bayrağı ilə çıxış etmişəm. Dünyanın bir çox böyük dövlətlərində olmuşam. Ancaq Qarabağ səfəri mənə xüsusi təsir bağışladı”.

Bunu azad edilmiş ərazilərə səfər edən kikboksinq üzrə 7 qat dünya çempionu, Gürcüstanda yaşayan azərbaycanlı Alim Nəbiyev Sizinxeber.az-ya açıqlamasında deyib.

O, Qarabağda, Xankəndidə olmaqdan çox qürur duyduğunu deyib, Qarabağda idmanın inkişaf etməsini arzulayıb: “Arzu edirəm ki, burada çoxlu idmançılar yetişsin. Azərbaycanı dünyaya tanıtsınlar. Onların yetişməsində mən də əlimdən gələn dəstəyi göstərməyə hazıram".

O, Qarabağa növbəti dəfə ailə üzvləri ilə səfər edəcəyini də bildirib.

Qeyd edək ki, Alim Nəbiyev dəfələrlə beynəlxalq idman yarışlarının iştirakçısı və qalibi olub. O, Azərbaycan bayrağı ilə idman yarışlarına qatılıb.

Oxşar xəbərlər

Amerikalı səyyah: Azərbaycan Qarabağda möhtəşəm işlər görür
Konqres sədri: "Qarabağda gördüklərimi Gürcüstanda buranın arzusu ilə dünyasını dəyişən atamın məzarı önündə danışacam"
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Xankəndiyə səfər edib - FOTO
FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər