Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) II Həmrəylik Forumunda deyib.
Onun sözlərinə görə, ötən il TDT-yə üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olublar:
"Türk dövlətlərində iqtisadi dinamika sürətlə inkişaf edir. Ötən il həmçinin TDT ölkələrində əhalinin ümumi sayı 180 milyona çatıb. 2025-ci ildə bütün türk dünyası üzrə ümumi daxili məhsul artıq 2,1 trilyon dolları ötüb. Bu göstərici bizi dünyanın ən güclü iqtisadi potensiala malik ilk 10 iqtisadi məkan sırasına daxil edib".
İcraçı direktor dünya əhalisinin 55 faizinin şəhərlərdə yaşadığını, gələcəkdə bu statistikanın artacağını qeyd edib:
"2050-ci ilə qədər bu göstərici 70 faizə qədər artacaq. Bu da o deməkdir ki, yeni şəhərlərin salınmasına ehtiyac yaranacaq".
V.Qasımlı bildirib ki, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər şəhər və qəsəbə bərpa ediləcək:
"Azərbaycan şəhərsalma sahəsində müasir və inkluziv yanaşma ortaya qoyur. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurdan da yan keçmir. Sürətlə bərpa quruculuq işləri davam etdirilir və etdiriləcək".
Oxşar xəbərlər
Vüsal Qasımlı: "Türk dövlətləri dünya ticarətinin 3,5 %-ni təmin edir"
Ötən il Türk Dövlətləri Təşkilatına üzv dövlətlər yüksək iqtisadi artım göstəricilərinə malik olub
Vüsal Qasımlı: "Türk dövlətlərinin investisiya potensialı üzrə yeni tədqiqata başlanılıb"
TDT ölkələrinə yatırılan xarici birbaşa investisiyaların həcmi açıqlanıb
Türk dövlətlərinin 6 aylıq ÜDM-nin qlobal iqtisadiyyatdakı payı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
